Bakıda ev yiyəsini öldürmüş qonaq yaxalandı.
AZXEBER.COM-un məlumatna görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.Məlumata görə, dünən paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsində yaşayan Aleksandr Kuznetsovun bıçaqla qətlə yetirilmiş meyiti tapılıb.Nazirlikdən bildirilib ki, araşdırmalar zamanı hadisəni münaqişə zəminində Kuznetsovun evində qonaq olmuş tanışı, şəhər sakini Andrey Bespalov tərəfindən törədilməsi müəyyən edilib.Faktla bağlı keçirilənə əməliyyat nəticəsində A.Bespalov Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşları tərəfindən tutulub.Hazırda faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.