15:36 şənbə, 21 Sentyabr 2019
SOSİAL

Qonşusu ilə mübahisə etdi, əlini bıçağa atdı - Sumqayıtda

17:19, 24.05.20193756
Qonşusu ilə mübahisə etdi, əlini bıçağa atdı - Sumqayıtda
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Ataş Rəşidovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 10 il azadlıqdan məhrum edilib.

İttiham aktına əsasən, ötən il avqustun 29-da Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində A.Rəşidov münaqişə zəminində qonşusu Bəxtiyar Allahverdiyevə bıçaqla xəsarət yetirib, hadisə yerini tərk edib.

Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.
XƏBƏR LENTİ