Abşeronda evə pəncərədən daxil olaraq, soyğunçuluq edən şəxs saxlanılıb
Qulamov Qəhrəman Əhliman oğlunun evindən qızıl-zinət əşyalarının oğurlanması barədə Abşeron RPŞ-nin Mehdiabad böıməsinə məlumat daxil olub.Daxil olmuş məlumat əsasında rayon polis şöbəsinin əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu qeyd edilən ünvana yollanıb və zərərçəkmişə məxsus evə baxış keçirilib. Götürülmüş barmaq izlərini araşdıran polis beləcə oğurluğu törətməkdə şübhəli bilinən şəxsin də izinə düşüb.Müəyyən edilib ki, zərərçəkmiş Qəhrəman Qulamovun evinə soxulan şəxs Abşeron rayonu Məhəmmədi kənd sakini Qurbanov Valeh Vaqif oğludur. O da məlum olub ki, Valeh Qurbanov uzaqda deyil, elə həmin ünvanın yaxınlığında, yəni zərərçəkmiş Qulamovun qonşuluğunda yaşayırmış.Saxlanılan zaman Qurbanovun üzərindən narkotik vasitə də götürülüb.SaxlanIlan Valeh Qurbanova qarşı Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə ittiham irəli sürülüb. Araşdırmalar zamanı Qurbanovun əvvəllər də narkotik maddələrin dövriyyəsinə görə təqsirli bilinərək məhkum olunduğu müəyyən edilib.