İngiltərədə yaşayan bir mütəxəssis son illərdə təsirlənən Covid-19-a bənzər yeni bir epidemiyanın qapıda ola biləcəyi barədə xəbərdarlıq edib.
AZXEBER.COM xəbər verir ki, London Kral Kollecində yoluxucu xəstəliklər üzrə klinik həkim Nathalie MacDermott Sky News-a verdiyi müsahibədə növbəti epidemiyanın yaxın ola biləcəyi ilə bağlı açıqlama verib.
Covid-19 karantinindən dörd il keçdiyinə diqqət çəkən həkim deyib:
"Mən Covid-19-un insanlar üçün çox çətin olduğunu bilirəm. Normal vəziyyətə qayıda biləcəyimizə inanmaq istəyirik və mən bunu tamamilə başa düşürəm. Ancaq növbəti pandemiya yaxındadır - iki il də ola bilər, 20 il də ola bilər, daha uzun da ola bilər. Biz ayıq qalmalıyıq, hazır olmalıyıq”.
Akademik həmçinin qeyd edib ki, son aylarda ağcaqanad və gənə viruslarının miqdarı artıb. Avropada dang qızdırması və Krım-Konqo hemorragik qızdırması (KKKA) halları qeydə alınıb.
Amazon və Afrikanın bəzi bölgələrində meşələrin qırılmasından sonra heyvanların və həşəratların insanlara və onların evlərinə yaxınlaşması problemin kökündə görülür.
Ayşən