AZXEBER.COM xəbər verir ki, xüsusilə yağışlı və qarlı günlərdə yolda nəqliyyatın hərəkəti daha da çətinləşir.
"Xəstəmiz olanda, bir kilometr yolu belimizdə daşımalı oluruq. Yolu su yuyub-aparıb", "Qışda dəfələrlə maşınım aşıb, çaya düşmüşəm", "Atam vəfat edəndə, yol bərbad halda olduğu üçün heç kim yas məclisinə gələ bilmədi", - deyə sakinlər narazılıqlarını bildiriblər.
Bələdiyyədən isə məsələ ilə bağlı bildirilib ki, kəndin yolunun təmiri üçün aidiyyəti qurumlara müraciət edilib, vəsait ayrılarsa, asfaltlama işləri həyata keçiriləcək.
/Baku TV










































