Quba və Şabrana dolu düşdü

Quba və Şabrana dolu düşdü
Bütün Xəbərlər
11:48 14.05.2015
822
Mayın 13-də Azərbaycanın şimal bölgəsinin bəzi yaşayış məntəqələrində dolu yağıb.
Bu barədə APA-ya Quba regional hidrometeorologiya müəssisəsindən məlumat verilib.
Quba rayonunun Xaltan və Təngəaltı kəndlərinə 5 mm, Şabran rayonuna isə 3 mm ölçüsündə dolu düşüb. Yağıntı 5 dəqiqə davam edib.
Şimal bölgəsindən keçən çaylarda suyun səviyyəsi 1-2 sm artıb. Qeyri-sabit hava şəraitinin mayın 15-nə kimi davam edəcəyi proqnozlaşdırılır.
OXŞAR XƏBƏRLƏR