Qüdrət Həsənquliyev büdcədə hərbi xərclərin artırılmasını təklif edib

Qüdrət Həsənquliyev büdcədə hərbi xərclərin artırılmasını təklif edib
Bütün Xəbərlər
12:57 13.11.2013
570

Millət vəkili Qüdrət Həsənquliyev hesab edir ki, 2014-cü il üçün Dövlət büdcəsi layihəsində hərbi sahəyə ayrılan vəsait artırılmalıdır.

AZXEBER.COM xəbər verir ki, Milli Məclisdə büdcə müzakirələri zamanı çıxış edən deputat qeyd edib ki, büdcədə müdafiə xərcləri cəmi xərclərin 8, 2 faizini təşkil edir ki, bu da 20 faiz torpağının işğal edilən ölkə üçün olduqca yolverilməz haldır.“Hərbi xərclər ən azı 20-22 faizə çatdırılmalıdır. Bir tərəfdən Rusiya, Ermənistanla sərhədik. Belə olan olan halda güclü ordu olmalıdır”.Parlamentin sədri Oktay Əsədov deputatla razılaşmadığını bildirib.“Siz elə danışdınız ki, elə bil Azərbaycan səlib yürüşünə başlayır”.Qeyd edək ki, 2014-cü il üçün Dövlət büdcəsinin gəlirləri 18 mlrd. 384 mln. manat, xərcləri isə 20 mlrd. 63 mln. manat həcmində proqnozlaşdırılır.Büdcəsdə hərbiyə ayrılan vəsaitin həcmi 1 milyard 637 milyon manatdır. Faiz nisbətində dövlət büdcəsinin 14,7 faizi hərbi sahəyə yönəldiləcək. Bu, 2013-cü illə müqayisədə 1,1 faiz çoxdur.

OXŞAR XƏBƏRLƏR