“Qurban Qurbanov bizdən başqa şeylər istəyir” - Ruslan Abışov

“Qurban Qurbanov bizdən başqa şeylər istəyir” - Ruslan Abışov
İDMAN
11:20 30.05.2018
4554
Milli komandamızın müdafiəçisi Ruslan Abışov Qırğızıstan yığmasını 3:0 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

AZXEBER.COM qol.az-a istinadən xəbər verir ki, qarşılaşma ilə bağlı fikirlərini bölüşən futbolçu digər məqamlara da aydınlıq gətirib.

- Qurban Qurbanovun rəhbərliyi altında 4-cü oyun idi. Komanda ilk qələbəsini qazandı. Növbəti matçlarla müqayisədə bu oyunu necə dəyərləndirirsiniz?

- Komandanın yaxşı çıxış etdiyi oyundan-oyuna hiss olunur. Tamam başqa bir sxemdə oynayırıq. Baş məşqçi bizdən başqa şeylər istəyir. Çalışırıq ki, onun istəklərini meydanda yerinə yetirək. Qırğızıstan yığması zəif deyil. Futbol oynamağa çalışırdılar. Nəsə göstərirdilər. Əsas olan isə qələbə idi. Belə böyükhesablı qələbələr milliyə lazımdır. Həm də özünəinamı artırır. Qarşıdakı oyunlara da ciddi hazırlaşmalıyıq. Yoxlama oyunlarından sonra Millətlər Liqasında çıxış edəcəyik. Son 3 oyunda komanda olaraq bir nöqtəyə köklənməliyik ki, vacib matçlarda səhvlərimiz olmasın.

- Komanda sanki bu gün birinci hissədə oynamadı. Bu, rəqibin zəif olması ilə bağlı idi?

- Rəqibin güclü və zəif olması motivasiya cəhətdən problemlər yaradır. İstər-istəməz güclü rəqibə qarşı daha yaxşı hazırlaşırsan. Qırğızıstan millisi kimi komandalara qarşı da güclü hazırlaşmaq lazımdır. Hesabın belə olması biraz arxayınçılıq yaradırdı.

- Hesabın böyük olması rəqiblə bağlıdır, yoxsa yığma oyun planında inkişaf edib?

- Futbolçular baş məşqçinin dediklərini etməyə çalışırdılar. Düşünürəm ki, qol epizodlarımız yaxşı idi. Ürfanın vurduğu qolda da yaxşı hücum alındı. Rəqib zəif idi. Amma əsas olan odur ki, biz öz səhvlərimizdən nəticə çıxarmağı bacarmalıyıq. Zəif və güclü tərəflərimizi bilməliyik.

- Artıq 4-cü oyundur ki, Maksim Medvedevlə birgə müdafiənin mərkəzində oynayırsınız. Bədavi Hüseynov da zədəsini sağaldıb sıraya dönəcək. Onunla birgə çıxış etməmisiniz. Qurban Qurbanov sizi birlikdə oynatsa, komanda Millətlər Liqasında problemlə üzləşə bilərmi?

- Sevinirəm ki, Bədavi artıq sağalıb. Milli komandanın düşərgəsindədir. Mənim üçün heç bir fərqi yoxdur. Əsas odur ki, mili üçün uğurlu çıxış edək və müdafiə xətti uğurlu təsir bağışlasın.

- Mövsümün sonu olduğuna görə futbolçuların klublarla müqaviləsi başa çatır. Qurban Qurbanov oyunçulara klublarla danışıqlar aparmağa icazə verir?

- Hazırda hamı milli komandanın təlim-məşq toplanışındadır. Fikirlərimizi buraya yönəltmişik. Toplanış bitəndən sonra hər kəs danışıq aparacaq.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pensiya və maaşları istənilən bankdan almaq mümkün olacaq
17:35 09.06.2026
Pensiya və maaşları istənilən bankdan almaq mümkün olacaq
DİN-dən əməliyyat - 72 kq narkotik vasitə dövriyyədən çıxarıldı
17:25 09.06.2026
DİN-dən əməliyyat - 72 kq narkotik vasitə dövriyyədən çıxarıldı
Azərbaycanda “şortik” problemi niyə bitmir? - Sosioloqdan açıqlama
17:10 09.06.2026
Azərbaycanda “şortik” problemi niyə bitmir? - Sosioloqdan açıqlama
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
16:43 09.06.2026
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
16:40 09.06.2026
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
16:20 09.06.2026
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
16:11 09.06.2026
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
16:08 09.06.2026
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
15:49 09.06.2026
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:21 09.06.2026
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
15:06 09.06.2026
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda
14:54 09.06.2026
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
14:49 09.06.2026
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
Keçmiş deputatlığa namizəd Prezidentə təşəkkür etdi
14:49 09.06.2026
Keçmiş deputatlığa namizəd Prezidentə təşəkkür etdi
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
14:44 09.06.2026
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
ABŞ-də “ət yeyən parazit” ikinci ştatda da aşkarlandı
14:21 09.06.2026
ABŞ-də “ət yeyən parazit” ikinci ştatda da aşkarlandı