Qurban Qurbanov: "Zirə" ilə oyunda vacib qələbə qazandıq"

Qurban Qurbanov: "Zirə" ilə oyunda vacib qələbə qazandıq"
İDMAN
21:47 19.03.2022
298
"Futbolçuları təbrik edirəm, yaxşı oyun göstərdilər və vacib qələbə qazandıq".

Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Zirə"yə 3:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XX tur oyunundan sonra mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis rəqibin yorğunluğundan istifadə etdiklərini söyləyib: "Zirə" ötən tur "Qəbələ" ilə iki günlük matç keçirdi. Buna baxmayaraq çox yaxşı komandaya qalib gəldik. Hər iki kollektivə uğurlar arzulayıram".

Qurbanov futbolçularda arxayınlığın olmamasını istəyib: "Xal itirməkdən yox, futbolçuların inamsızlığından narahatam. Məğlubiyyət və xal itkisi oyunçulara inamsızlıq verə bilər. Futbolçular zaman keçdikdə daha da peşəkar olurlar. İl ərzində komandanı eyni səviyyədə saxlamaq çətindir. Müəyyən bir dövr olur ki, komanda formadan uzaq düşür".

Təcrübəli baş məşqçi milli komandaların oyunları ilə əlaqədar yaranmış fasiləyə də toxunub: "Çempionatın sonunadək məni ən çox narahat edən məqamlardan biri budur. Heyətdə yalnız 5 legioner qalacaq. Bu, məni narahat edir. Futbolçuların ayrı-ayrı millilərə getməsi bir tərəfdən sevindiricidir, digər tərəfdən problem yaradır. Buna görə böyük narahatlığım var. Bu gün demək olar ki, komandadan hamını yığmalara dəvət ediblər. Millinin oyunlarından sonra yenidən formaya düşmək üçün çalışacağıq".
 
///Report
OXŞAR XƏBƏRLƏR