Qurbanəli Ömər məşhur türk müğənnisi üçün mahnı yazacaq

MƏDƏNİYYƏT
02:32 18.03.2013
1818

Türk sənətçiləri azərbaycanlı gənc yazar Qurbanəli Ömərlə yeni layihələrə start veriblər.

Azərbaycanlı gənc yazar Qurbanəli Ömərin sözlərinə yazılan Vəsilə Ərdoğanın bəstələdiyi “ Unut diyorsun” adlı mahnı türk sənət musiqisinin mahir ifaçısı Bahar Gökhanın ifasında uğurlu alınıb. “Gənclərin Söz Birliyi” İB- dən açıqlanan məlumata görə ilk dəfə “Kanal T”- də sənətçinin aparıcılığı ilə baş tutan “Yaşam sənəti” proqramında izləyicilərin ixtiyarına verilən “Unut diyorsun” tam formatda müğənninin İstanbul konsertində oxunub.

İstanbulda Barış Manço Mədəniyyət mərkəzində “ GK Production”ın təşkilatçılığı ilə baş tutan konsertdə türk sənət musiqisindən, xalq mahnılarından nümunələr oxunmaqla yanaşı sevilən bəstəçi Vəsilə Ərdoğanın da şərqiləri səslənib.“TÜRKSAN”-ın ( Türk Dünyası Sənətçilər Birliyi) Kipr nümayəndəsi olan sənətçinin konsertində azərbaycanlı qonaqlar da iştirak ediblər. Ümumilikdə 20 əsər səslənən gecədə Bahar Gökhanı kamanda ünlü ifaçı Öndər Gülfidan müşayət edib.

İstanbul konsertinin ardınca Lefkoşada Böyrək və Dializ xəstələri xeyrinə konsert verən müğənni 22 martda ikinci dəfə Londonda heyranlarını sevindirəcək.

Onu da qeyd edək ki, Qurbanəli Ömərin bu yaxınlarda layihə çərçivəsində İstanbul və Lefkoşada görüşlər keçirəcəyi gözlənilir.

OXŞAR XƏBƏRLƏR