Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb olunub.
Qusar rayonunda dəm qazından ölüm faktı qeydə alınıb.
AZXEBER.COM-un APA-ya istinadən verdiyi məlumata görə, Qusar şəhərində 27 yaşlı Sevinc Vəliyeva və onun qızı, 2 yaşlı Aişə Vəliyevanın yaşadıqları evdə meyitləri tapılıb.
İlkin məlumata görə, ana və qızı dəm qazından boğulublar.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb olunub.
Faktla bağlı Qusar rayon prokurorluğunda araşdırmalar davam etdirilir.