Qvatemala Respublikasının Prezidenti Otto Fernando Perez Molina prezident İlham Əliyevi təbrik edib.
AZXEBER.COM xəbər verir ki, təbrikdə deyilir:"Zati-aliləri,Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə Qvatemala xalqının, hökumətinin adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram.Əminəm ki, prezidentliyinizin yeni dövründə Azərbaycan ilə Qvatemala arasında dostluq münasibətləri daha da güclənəcəkdir.Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə ən dərin ehtiramımı bildirir, möhkəm cansağlığı arzulayır, ali dövləti vəzifənizdə uğurlar diləyirəm".