Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycanda olan radikal dini qruplarla bağlı açıqlama veriblər. Komitədən cavab olaraq bildiriblər ki, Dövlət Komitəsi mütamadi olaraq Bakı şəhərində, o cümlədən regionlarda dini icmalarla iş aparır:
“Günlük iş planına uyğun olaraq aparılan monitorinqlər bunu deməyə əsas verir ki, radikalizmə meyl azalmaqdadır”. Komitədən radikal dini qrupların və qeyri-ənənəvi təriqətlər Azərbaycanın hansı bölgələrində yayılması məsələsinədə aydınlıq gətiriblər: “Radikal qruplar daha çox maarifləndirmə zəif olan bölgələrdə öz təbliğatlarını yaymağa cəhd edirlər. Lakin son aparılan kompleks tədbirlər nəticəsində bunun qarşısı alınır və bu işlər davam etdiriləcəkdir”, - deyə Komitədən göndərilən məlumatda bildirilib. Komitədən Azərbaycanda əks təbliğat aparan müxtəlif məzhəb və dini cərəyanlara mənsub dindarlar barəsində görülən tədbirlərə də aydınlıq gətiriblər: “Dövlət Komitəsi ümumilikdə icmaların fəaliyyətini tənzimləyir. İcmaların fəaliyyətində qeyd olunan məqamların aradan qaldırılması və yaxud baş verməməsi üçün tədbirlər həyata keçirir”. (anspress)