Rafael Ağayevin ayağı sındı: Dünya çempionatında iştirak etməyəcək - FOTO

Rafael Ağayevin ayağı sındı: Dünya çempionatında iştirak etməyəcək - FOTO
İDMAN
12:33 07.10.2021
905
Karate üzrə Olimpiadanın gümüş mükafatçısı, beşqat dünya və onbirqat Avropa çempionu Rafael Ağayev BƏƏ-nin Dubay şəhərində keçiriləcək dünya çempionatında iştirak edə bilməyəcək.

AZXEBER.COM Oxu.Az-a istinadla xəbər verir ki, tanınmış idmançımız fərdi şəkildə məşq edərkən sol ayağı burxularaq sınıb.

Bu səbəbdən də onun 16-21 noyabrda keçiriləcək dünya çempionatında iştirak etməyəcəyi dəqiqləşib.
 
Rafael Ağayev bu ay Moskvada keçirilmiş Karate1 Premyer Liqa turnirinə də qatılmamışdı.

 


OXŞAR XƏBƏRLƏR