22:39 Cümə, 17 Avqust 2018
İDMAN

Ramil Quliyev atletika üzrə Avropa çempionu oldu

00:01, 10.08.20186415
Ramil Quliyev atletika üzrə Avropa çempionu oldu
Türkiyə millisinin əslən azərbaycanlı sprinteri Ramil Quliyev Almaniyanın paytaxtı Berlində keçirilən atletika üzrə Avropa çempionatında qızıl medal qazanıb.

AZXEBER.COM "Report"a istinadən bildirir ki,  28 yaşlı idmançı 200 metr məsafəyə qaçışda bütün rəqiblərini qabaqlayıb. O, finalda finişə 19,76 saniyəyə çatıb.

Ramil Quliyev ötən il Böyük Britaniyanın paytaxtı Londonda eyni məsafəyə qaçışda dünya çempionu olub.
XƏBƏR LENTİ