Ramin Musayevdən səmimi etiraf: 'Futbola az da olsa xeyrim dəyib'

İDMAN
13:26 04.07.2012
1337
"Əvvəlki 4 illik fəaliyyətim dövrünə nəzər saldıqda, rahatlıq keçirirəm ki, futbola az da olsa xeyrim dəyib".AZXEBER.COM xəbər verir ki, bu sözləri daha 4 il müddətinə Peşəkar Futbol Liqasının (PFL) prezidenti postuna seçilmiş Ramin Musayev deyib. O, növbəti 4 ildə daha genişmiqyaslı iş aparmağa çalışacağını söyləyib: "Biz istərdik ki, telekanallarımız oyunları yayımlamaqda maraqlı olsunlar. Bu gün xarici çempionatların yayım hüququnu almaq üçün həvəslə vəsait ayıran telekanallarımız öz çempionatımıza maraq göstərmirlər".O, Azərbaycan Superkuboku matçının bu il baş tutmasının mümkünlüyünü açıqlayıb. Onun sözlərinə görə, məsələnin müsbət həllində çempion "Neftçi" ilə kubokun sahibi "Bakı"nın Avropa kuboklarında necə çıxış etmələri də təsirsiz ötüşməyəcək: "Klublarımız bir neçə mərhələ keçsələr, Premyer Liqanın startı öncəsi Superkubok matçının baş tutması sual altına düşəcək. Bu zaman klubların da istəyi nəzərə alınacaq. Oyun baş tutsa, yenidən qurulan Tofiq Bəhramov adına Respublika stadionunun açılışına təsadüf edə bilər".PFL prezidenti, həmçinin, seçki zamanı klub rəhbərləri ilə yeni mövsümün formatı barədə müzakirələrin aparıldığını diqqətə çatdırıb. AZAL və "Rəvan" klubları Gürcüstan çempionatında olduğu kimi, altılığın "8+4"lə əvəzlənməsini təklif ediblər. Lakin bu təklif qəbul olunmayıb."Qarabağ"ın Quzanlı qəsəbə stadionundan imtinasına da münasibət bildirən R.Musayev "Bu komanda bütün ev oyunlarını ya Bakıda, ya da Quzanlıda keçirəcək. Yəni, bir hissəsini paytaxtda, qalanlarını əyalətdə oynamasına icazə verilməyəcək" deyib.

OXŞAR XƏBƏRLƏR