Ramiz Əzizbəylinin həyat yoldaşı vəfat etdi

Ramiz Əzizbəylinin həyat yoldaşı vəfat etdi
MƏDƏNİYYƏT
15:53 26.02.2026
376
Mərhum Xalq artisti Ramiz Əzizbəylinin həyat yoldaşı Zümrüd Əzizbəyli vəfat edib.

AZXEBER.COM Baku.vs-yə istinadən xəbər verir ki, Zümrüd Əzizbəyli bir ay komada qaldıqdan sonra dünyasını dəyişib.

Bu barədə sayta Ramiz Əzizbəylinin qardaşı gəlini Nərmin Əzizbəyli bildirib. O qeyd edib ki, Zümrüd Əzizbəyli uzun sürən xəstəlikdən sonra ötən gün dünyasını dəyişib.

Xatırladaq ki, Ramiz Əzizbəyli 2021-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat edib.
OXŞAR XƏBƏRLƏR