“Range Rover”dən 11000 manat oğurlayan “ayıq sürücü” saxlanıldı

“Range Rover”dən 11000 manat oğurlayan “ayıq sürücü” saxlanıldı
KRİMİNAL
10:07 18.02.2026
401
Paytaxtın Xətai rayonunda "Range Rover” markalı avtomobildən 11000 manat oğurlanıb.
 
AZXEBER.COM xəbər verir ki, vətəndaşın şikayəti əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlə əməli törətməkdə şübhəli bilinən 34 yaşlı R.Quliyev saxlanılıb. Araşdırmalarla məlum olub ki, o, hadisə vaxtı avtomobilin sahibinə "ayıq sürücü” xidməti göstərdiyini bildirirək nəqliyyat vasitəsinin sükanı arxasına əyləşib. R.Quliyev avtomobili qarajda saxladıqdan sonra isə zərərçəkənin ani diqqətsizliyindən istifadə edərək saxlanc yerində olan pul vəsaitini talayıb.
 
Rayon ərazisində keçirilən digər tədbir nəticəsində isə bank kartından 723 manat oğurlamaqda şübhəli bilinən 35 yaşlı S.Ramazanov və əvvəllər məhkum olunmuş 25 yaşlı X.Mehdiyev də müəyyən olunaraq saxlanılıblar.
 
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR