18:10 çərşənbə Axşamı, 23 Oktyabr 2018
MƏDƏNİYYƏT

Rasim Balayev: "İlham Əliyev hər zaman Azərbaycan kinosuna diqqət göstərir"

14:39, 02.08.20183796
Rasim Balayev:

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev kino xadimlərinin təltif edilməsi haqqında sərəncam imzalayıb. Fəxri ad alan kino xadimləri arasında xalq artisti Rasim Balayev də var.

Ölkə başçısı tərəfindən "Şərəf” ordeni ilə təltif edilən aktyor bu haqda SİA-ya açıqlama verib: "Cənab Prezident İlham Əliyevə məni "Şərəf” ordeni ilə təltif etdiyi üçün ona təşəkkür edirəm. Fəxri adlara layiq görülən həmkarlarımı da təbrik edirəm. Ölkə başçısı bir neçə kino xadimlərini fəxri adlarla təltif edərək, Azərbaycan mədəniyyətinə hər zaman diqqət göstərdiyini bir daha sübut etdi. Prezidentin bu addımından sonra biz kino xadimləri yaxşı kinolarda çəkilib, tamaşaçılara təqdim etməliyik. Azərbaycan kinosunu bütün dünyada təbliğ etmək biz mədəniyyət xadimlərinin borcudur".

XƏBƏR LENTİ