16:55 çərşənbə, 19 Sentyabr 2018
TOP4

Rasim Balayevin ayağı tutuldu: Məni Fuadın yanına aparın...

11:37, 05.05.201813352
Rasim Balayevin ayağı tutuldu: Məni Fuadın yanına aparın...
Fuadın oğluna zəng etmişəm ki, gəlib məni aparsın. Bu xəbərdən sonra özümdə güc tapa bilmirəm ki, durub yanına gedim Fuadın. Ayaqlarım yer tutmur.

AZXEBER.COM xəbər verir ki bu sözləri Kult.az-a xalq artisti Rasim Balayev yaxın dostu və səhnə yoldaşı, xalq artisti Fuad Poladovun ölüm xəbəri ilə bağlı danışarkən deyib.

R.Balayev bildirib ki, xəbəri eşidəndən özünə gələ bilmir:

"Xəbəri eşidəndən oturduğum yerdən dura bilməmişəm. Ağrılarım da artdı. İynə vurdurdum ki, özümə gəlim. Oğluna zəng etdim ki, gəlib məni aparsın Fuadın yanına. Özümdə güc tapa bilmədim”.

R.Balayev F.Poladovla sonuncu söhbətlərindən də danışıb:

"Biz həmişə tez-tez danışırdıq. Xəstəliyindən sonra da danışırdıq. Son 1-2 ay idi zənglərimə cavab vermirdi. Ancaq sonra mesajla yazdı ki, səsim batıb artıq, danışmaq istəmirəm. Mən də zəng etmirdim ki, incitməyim onu. Elə mesajla danışırdıq. Axırıncı dəfə 2-3 gün qabaq danışmışdıq. Görüşməyi isə qəbul etmirdi. Heç qohumlarını da evə buraxmırdı. İstəmirdi kimsə onu xəstə yatağında görsün.

Fuad, yerin həmişə görünüb, yenə də görünəcək. Allah sənə rəhmət etsin, dostum”.

Qeyd edək ki, Azərbaycanın xalq artisti Fuad Poladov uzun sürən ağır xəstəlikdən sonra bu gün dünyasını dəyişib.

XƏBƏR LENTİ