Rauf Hacıyevin 100 illik yubileyi qeyd ediləcək - Sərəncam

Rauf Hacıyevin 100 illik yubileyi qeyd ediləcək - Sərəncam
MƏDƏNİYYƏT
15:19 13.04.2022
460
Prezident İlham Əliyev görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti Rauf Hacıyevin 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

AZXEBER.COM xəbər verir ki, Sərəncamda deyilir:

"1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Xalq artisti Rauf Hacıyevin 100 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.
OXŞAR XƏBƏRLƏR