Razılıq əldə olunmadı: Populyar mahnılar TikTok-dan yoxa çıxır

MARAQLI
16:20 06.02.2024
336
"TikTok” "Universal Music Group” (UMG) ilə mübahisəsi səbəbindən bir çox məşhurların musiqisini ehtiva edən videoların səsini kəsməyə başlayıb. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, sözügedən musiqi platformadan çıxarılıb.

UMG "TikTok”un digər sosial media tətbiqləri tərəfindən ödənilən ödənişdən aşağı məbləğ ödəmək istədiyini iddia edib.

TikTok isə UMG-ni "yalan açıqlama” verməkdə ittiham edərək, yeni razılaşmanın əldə oluna bilməyəcəyini açıqlayıb.

Bu qərar nəticəsində UMG-yə məxsus kliplərin səsi kəsiləcək və bu treklərlə yeni kliplər yaradıla bilməyəcək.

Gülay

OXŞAR XƏBƏRLƏR