"Real Madrid" braziliyalı hücumçunu transfer edir

"Real Madrid" braziliyalı hücumçunu transfer edir
İDMAN
18:10 14.11.2021
312
İspaniya "Real Madrid"i heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

 "Kral klubu" Braziliyanın "Fluminense" klubunda çıxış edən 20 yaşlı hücumçu Luis Enrike ilə yaxından maraqlanır.

Madrid təmsilçisinin istedadlı oyunçunu qış transfer pəncərəsində komandaya cəlb edəcəyi gözlənilir.

Qeyd edək ki, forvard cari mövsümə meydana çıxdığı 28 oyunda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
OXŞAR XƏBƏRLƏR