'Real Madrid' İspaniya çempionu oldu

İDMAN
14:21 03.05.2012
1803

İspaniya çempionatının sonuna 2 tur qalmış çempionun adı məlum olub.

AZXEBER.COM-un məlumatına görə, Madridin “Real” klubu səfərdə Bilbao “Atletik”ini 3:0 hesabı ilə məğlub edərək növbəti titulunu qazanıb. Məsut Özil, Qonzalo İquayn və Kriştianu Ronaldonun qolları ilə əldə olunan qələbədən sonra ən yaxın izləyicisi “Barselona” ilə xal fərqini 7-də saxlayan “Kral klubu” kataloniyalılar üçün əlçatmaz olub. Bununla da barsalıların 3 illik hegemonluğuna son qoyan madridlilər 32-ci dəfə çempionluğunu yaşayıb.

OXŞAR XƏBƏRLƏR