02:16 Bazar Ertəsi, 23 Aprel 2018
İDMAN

"Real" Messini 250 milyona almaq istəyib?

10:49, 14.01.2018669
"Real" 2013-ci ildə Messinin 250 milyon avroya alması barədə məlumatı təkzib edib.

AZXEBER.COM goal.az-a istinadən xəbər verir ki, Almaniyanın "Spiegel" jurnalı, 2013-ci ilin iyununda, "Tottenhem"ın orta sahə oyunçusu Qaret Beylin satın alınmasından iki ay əvvəl, "kral klubu"nun "Barselona"nın hücumçusu Lionel Messi üçün 250 milyon avro xərcləməyə yaxın olduğunu yazmışdı. Argentinalı futbolçuya vergilər çıxdıqan sonra illik 23 milyon avro ilə 2021-ci ilə qədər müqavilə təklif olunub. Hətta, Messinin atası üçün bonus kimi 1 milyon avro ayrılıb. Həmin transfer reallaşsa idi, dünya futbolunda rekord olardı.

Madrid klubu bu xəbəri əsassız adlandırıb: "Bu xəbər tamamilə yalandır və reallıqla heç bir əlaqəsi yoxdur".

0
XƏBƏR LENTİ