13:54 Bazar Ertəsi, 28 May 2018
İDMAN

"Real" polşalı hücumçunu transfer etmək fikrindən daşındı

20:31, 11.05.20186443

"Bayern Münhen"in hücumçusu Robert Levandovski yayda "Real"a keçməyəcək.

Madrid klubu polşalı forvardın agenti Pini Zahavi ilə danışıqları dayandırıb. Son aylar intensiv davam edən danışıqların dayanmasının səbəbləri məlum deyil.

 

"Real"ın hücum xəttini Neymar və Harri Keynlə gücləndirmək variantı da var. Üstəlik Məhəmməd Salahın da "kral klubu"na keçməyə razılıq verdiyi deyilir.

Qeyd edək ki, Levandovskinin agenti Zahavi Neymarın PSJ-yə transferində əsas pay sahibi olmuşdu.

///goal.az
XƏBƏR LENTİ