Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti cavab oyunları keçirilib. Hər iki qarşılaşma eyni saatda başlayıb. MOİK-lə Rusiyadakı oyunda son dəqiqə qolu ilə qələbəni əldən verən "Real" evdə darmadağınla qalib gəlib. "Kral klubu" "hərbçilər"lə matçda çətinlik çəkmədən qələbə qazanıb. Bununla Madrid təmsilçisi adını ÇL-nın 1/4 finalına yazdırıb. Gecənin ən maraqlı qarşılaşması isə İngiltərədə baş tutub. Burada "Çelsi" və "Napoli" klubları üz-üzə gəlib. İlk oyunda İtaliyada rəqibinə 1:3 hesabı ilə uduzan London klubunun işi olduqca çətin görünürdü. Əsas vaxtda "zadəganlar" 3:1 hesablı qələbə qazanaraq oyunu uzatmalara daşıyıb. Burada daha bir qol vuran İngiltərə klubu adını növbəti mərhələyə yazdırıb. Çempionlar Liqası, 1/8 final mərhələsi 14 mart (çərşənbə) 23:45. "Real" (İspaniya) - MOİK (Rusiya) - 4:1 (İlk oyun - 1:1)Qol: Qonzalo İquain, 26, Kriştianu Ronaldo 55, 90+4, Kərim Benzema, 70, - Zoran Toşiç, 7723:45. "Çelsi" (İngiltərə) - "Napoli" (İtaliya) - 4:1 (İlk oyun - 1:3)Qol: Didye Droqba, 28, Con Terri, 47, Frank Lempard, 75, Branislav İvanoviç, 105 - Gökhan İnler, 55
/// sportal.az