“Real”dan Ronaldoya fantastik qiymət

İDMAN
08:57 14.09.2012
1662
Yaxın günlərdə Madrid “Real”ı ulduz futbolçusu Kriştiano Ronaldoya yeni müqavilə təklif edəcək.Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, bu haqda Madrid klubunun prezidenti Florentino Peres deyib.Onun sözlərinə görə, yeni müqaviləyə imza atacağı halda portuqaliyalı bir ilinə 15 milyon avro qazanacaq. Peres Ronaldonun yeni müqavilədən imtina edəcəyini də istisna etməyib. Prezident eyni zamanda futbolçuya elçi düşən klublara mesaj da göndərib. Söhbət ulduz futbolçunun transfer qiymətindən gedir. Belə ki, portuqaliyalını heyətində görmək istəyən klub “Real”a 200 milyon avro ödəməli olacaq.

OXŞAR XƏBƏRLƏR