"Real"la yeni müqavilə bağlamaq istəmirəm" - Ronaldo

"Real"la yeni müqavilə bağlamaq istəmirəm" - Ronaldo
İDMAN
10:52 02.11.2017
3910
"Real”ın hücumçusu Kriştianu Ronaldo klubla yeni müqavilə bağlamaq fikrində deyil.
 
Bu barədə ulduz futbolçu İspaniya mətbuatına açıqlamasında deyib.
 
"Kral klubu”nda işlərinin qaydasında getdiyini bildirən portuqaliyalı superulduz yeni saziş bağlamaq fikrində olmadığını söyləyib: "Real”da işlərim əla gedir. Bu klubla müqaviləm 4 illikdi. Onu yeniləmək istəmirəm ”.
 
Qeyd edək ki, Kriştianu Ronaldonun "Real”la müqavilə müddəti 2021-ci ilin yayına qədərdi.
 
///Apasport.az
OXŞAR XƏBƏRLƏR