Rebrov "Ferentsvaroş"u tərk etdi

Rebrov "Ferentsvaroş"u tərk etdi
İDMAN
19:23 04.06.2021
459
Sergey Rebrov Macarıstanın "Ferentsvaroş" komandasının baş məşqçi postundan istefa verib.

AZXEBER.COM-un klubun rəsmi saytına istinadən məlumatına görə, ukraynalı mütəxəssis Budapeşt təmsilçisini öz istəyi ilə tərk edib.

Rebrov 2020/2021 mövsümündə "Ferentsvaroş"u ardıcıl 3-cü, tarixində 32-ci ölkə çempionluğuna qovuşdurub. O, Macarıstanda mövsümün baş məşqçisi sayılıb.
OXŞAR XƏBƏRLƏR