Reper Anar Nağılbaz müxalifətə keçməsi ilə bağlı yayılan xəbərlərdən danışdı – ÖZƏL AÇIQLAMA

Reper Anar Nağılbaz müxalifətə keçməsi ilə bağlı yayılan xəbərlərdən danışdı –  ÖZƏL AÇIQLAMA
Bütün Xəbərlər
15:35 12.02.2014
1881

“Mən cəmiyyətimizdə, ölkəmizdə hər şeyin yaxşılaşmasını istəyən bir insanam”.

Bu sözləri AZXEBER.COM-a özəl açıqlamasında YAP-çı deputatı Rizvan Cəbiyevin oğlu, tanınmış reper Anar Nağılbaz müxalifətə qoşulması ilə bağlı mətbuatda yenidən yayılan xəbərlərlə bağlı danışarkən belə deyib. O Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzovun bu gün onun haqqında söylədiyi fikirlərdən təəssüfləndiyini də söyləyib:

“Mən ümumiyyətlə heç bir siyasi partiyanın üzvü deyiləm və belə bir niyyətim də yoxdur. Ümumiyyətlə, mənim YAP-da da çoxlu sayda dostlarım var. Mən heç kəsin siyasi fikirlərinə görə, iki yerə bölmürəm. Çünki demokratik, sivil bir ölkədə yaşayırıq və hər kəsin sərbəst düşüncəsi ola bilər. Mən cəmiyyətimizdə, ölkəmizdə hər şeyin yaxşılaşmasını istəyən bir insanam. Hamı çıxıb “Bağda gül” oxumalı deyil ki? Mən də daha çox sosial mövzularda mahnılar ifa edirəm. Amma bunu siyasiləşdirmək lazım deyil”.

A.Nağılbaz söz-söhbətlərin ortaya çıxmasına səbəb olan şəkilin REAL hərəkatının ofisində çəkilməsinə də aydınlıq gətirib. Reper, hərəkatın ofisinə klip təqdimatı üçün getdiyini söyləyib:

“REAL-da mənim görüntülərimin yayımlanmasından sonra, mənim müxalifətə keçməyimlə bağlı xəbərlər yayıldı. Bir daha deyirəm ki, mənim nə REAL-la, nə də ki, digər siyasi partiyalarla heç bir əlaqəm yoxdur. Sadəcə olaraq mən ora, bir filmin təqdimatı ilə bağlı qonaq kimi çağrılmışdım. Orada xarici ölkə səfirləri də iştirak edirdi. Başa düşə bilmirəm ki, niyə məhz mənim oradakı şəklimi çəkib, adımı müxalifətçi kimi çıxardıblar. Amma mən özüm siyasət adamı deyiləm və ona görə də mətbuatda mənim adımdan bu cür yazmaq doğru deyil”.

Xatırladaq ki, Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov sabiq deputat Rizvan Cəbiyevin oğlu Anar Nağılbazın müxalifətə keçməsinə münasibət bildirib:

“Yenə deyirəm, seçim insanın özünə məxsusdur. İnsan bu yolu seçibsə, özü bilər. İndi elə bir dövrdür ki, qardaş qardaşa, oğul ataya, ata oğula cavabdehlik daşımağa çətinlik çəkir. Ona görə də hərənin öz seçimi var. Adam tanıyıram, uşaqların hərəsini bir partiyaya göndərir ki, harada imkan düşsə... Belə hallar vaxtilə də olub. Bu adamın isə orda olması heç nəyi dəyişmir. Yəni ümumiyyətlə, Azərbaycan cəmiyyətində heç bir göstərici deyil”.

Əfsələddin Ağalarov

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
23:54 19.07.2025
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
23:46 19.07.2025
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
23:37 19.07.2025
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
23:21 19.07.2025
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
23:06 19.07.2025
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
22:52 19.07.2025
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
22:42 19.07.2025
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
22:24 19.07.2025
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
22:05 19.07.2025
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
21:54 19.07.2025
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
21:43 19.07.2025
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
21:39 19.07.2025
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
21:33 19.07.2025
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
21:27 19.07.2025
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
21:06 19.07.2025
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik
21:02 19.07.2025
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik