Rəqəmsal platformalar xəbərlər üçün pul ödəyəcək

MARAQLI
12:23 22.02.2024
199
İndoneziya "Google" və "Meta" kimi rəqəmsal platformalardan xəbər məzmununu dərc etməzdən əvvəl yerli media orqanlarına ödəniş tələb etməyə hazırlaşır.
    
AZXEBER.COM "The Jakarta Post” qəzetinə istinadən xəbər verir ki, avqust ayında qüvvəyə minəcək yeni tənzimləmə media şirkətlərinin rəqəmsal platformalarla gəlir və məlumat mübadiləsi kimi müxtəlif ortaqlıqlar qurmasına yol açır.

Yerli media qurumlarına ödənişlərlə yanaşı, tənzimləmə rəqəmsal platformaların etibarlı təşkilatlar tərəfindən istehsal olunan xəbər məzmununa üstünlük verməsini təmin etmək, təhsil proqramlarına töhfə vermək və ölkədə saxta xəbərlərin yayılmasının qarşısının alınmasını da əhatə edir.

Sözügedən tənzimləmə "Google" və "Meta" kimi rəqəmsal platformaların heç bir ödəniş etmədən xəbər məzmununu axtarış nəticələrində istifadə etdiyi üçün nəşriyyatların gəlir itirmələri ilə bağlı şikayətlərini həll etmək məqsədi daşıyır.

Qeyd edək ki, İndoneziya Prezidenti Coko Vidodo mövzu ilə bağlı verdiyi açıqlamada platformalar arasında gözləntilərin fərqli olduğu üçün orta yol tapmağın çətin olduğunu bildirib.
 
Mikayıl

OXŞAR XƏBƏRLƏR