Azərbaycanın tanınmış rəqqasələrindən olan Fatimə Fataliyeva Kürdəmir şəhərində Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş dövlət tədbirlərindən qayıdıb.Bununla bağlı öz təəssüratlarını AZXEBER.COM-a bölüşən rəqqasə bildirib ki, o artıq illərdir dövlət tədbirlərində sevə-sevə iştirak edir. “Mən müsahibələrimdə hər zaman qeyd etmişəm ki, ümumi milli liderimizin şərəfinə təşkil olunan dövlət tədbirlərdə, canla-başla iştirak etməyə hazıram. Çünki bu bizim sənətçi olmaqla yanaşı, vətəndaşlıq borcumuzdur. Elə bununla bağlı respublikamızın bir çox regionlarında təşkil olunan tədbirlərə dəvətlər aldım və iştirak etdim. Ən sonuncu dəfə yəni dünən Kürdəmir şəhərində çıxış etdim. Kürdəmir şəhərindəki iştirakımdan öncə isə, paytaxtımızda təşkil olunan bir neçə tədbirdə də iştirak etdim. Deyim ki, bu tədbirlər üçün xüsusi bir rəqslər ayırmışdım ki, onları da ilk dəfə həmin tədbirdə nümayiş elətdirdim. Bu rəqsin adı isə “Maral” adlanır. Rəqsin quruluşuna görə isə peşəkar pedaqoq İlham Kərimliyə də öz təşəkkürümü bildirirəm. Bir neçə yeni rəqslər üzərində də çalışıram. Onları isə yaxın müddətdə təqdim etməyi düşünürəm”, - deyə rəqqasə əlavə edib.Ozal İbrahimli