Rəqsanə Aygün Kazımovaya bənzədilməsinə etiraz etdi
MAQAZİN
14:55 25.07.2013
1976
Müğənni Rəqsanənin Türkiyədə peşəkar komandaya etibar etdiyi fotosessiyanın xalq artisti Aygün Kazımovanın eyni respublikada həyata keçirdiyi fotosessiyası ilə bənzədiyi xəbəri yayılıb. Fotolar ekrana gətirilərək Rəqsanə xanımın xalq artistini təkrarladığı bildirilib.Bənzərliyin olmadığını iddia edən Rəqsanə ANS PRESS-ə açıqlama verib: “Mən yalnız özüm kimi olmaq niyyətindəyəm. Hər bir sənətçini öz adına görə tanıyırlar. Bu bənzətməni məhşurlaşmaq istəyən adam edər. Aygün xanıma hörmətim sonsuzdu. Ümumiyyətlə, kiməsə bənzəməyə və geyimini təkrarlamağa ehtiyacım yoxdur. Şükür Allaha, öz tərzimlə, geyimimlə məni tanıyırlar. Geyimimə heç kim irad tuta bilməz. Çünki zövqümə güvənirəm və nə geyindiyimi yaxşı bilirəm. Hətta peşəkar modelyerlər belə dəfələrlə zövqümə tərif ediblər”.