11:04 şənbə, 19 Yanvar 2019
Maqazin

Rəqsanənin oğlu hələ də xəstəxanadadır

13:05, 12.01.20194017
Rəqsanənin oğlu hələ də xəstəxanadadır
Müğənni Rəqsanə İsmayılovanın əkizlərindən biri hələ də xəstəxanadadır.

AZXEBER.COM axşam.az-a istinadən bildirir ki, bu haqda ifaçının qızı Aysun İsmayılova "Zaurla Günaydın" verilişində deyib. O bildirib ki, oğlan hələ də həkim nəzarətindədir:

"Qızımız çox yaxşıdır, səhər 6-dan oyanır ki, məni oynadın. Oğlan isə hələ xəstəxanadadır. Hələ çıxartmamışıq. Bir az zəifdir. Deyirlər, əkizlər həmişə belə olur: biri güclü, biri zəif".

Qeyd edək ki, Rəqsanə 7 aylığında doğulan əkizlərinə Mihrimah və Muhamməd adını qoyub.
XƏBƏR LENTİ