12:34 çərşənbə, 19 Sentyabr 2018
SOSİAL

Rəqsanənin qızı körpələr evindən oğurluq edən işçiləri növbəti dəfə ifşa etdi - VİDEO yayımladı

16:51, 01.05.201818532
Rəqsanənin qızı körpələr evindən oğurluq edən işçiləri növbəti dəfə ifşa etdi - VİDEO yayımladı

Müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılova 1 saylı körpələr evi ilə bağlı növbəti video yayımlayıb. 

AZXEBER.COM xəbər verir ki, müğənninin qızı körpələr evinin direktorunun onu məhkəməyə verməsindən çəkinmədiyini və həqiqətin bütün xalq tərəfindən bilinməli olduğunu qeyd edib:

"İlk açıqlamada dedilər ki, xəstəxanalara yardım üçün aparılır. İndi deyirlər ki, dəsmaldır, yuduzdurub gətirirk. Axı o videoda hamı açılmamış uşaq bezləri olduğunu görür. Bu da ikinci video. Bu da dəsmaldır? Gördüyünüz kimi maşınla bazarlıq gəlir, sonra isə sağa və sola baxaraq bazarlıq içəridən çıxarılır, maşınlara doldurulur".

 Xatırladaq ki, ötən gün Aysun İsmayılova valideyn himayəsindən məhrum olmuş körpələr üçün gətirilən ərzaqların 1saylı körpələr evindən maşınlara doldurularaq oğurlandığını iddia etmiş və bununla bağlı video-material yayımlamışdı. 

XƏBƏR LENTİ