Rəsmi Moskva yenə Kupyanska nəzarət etdiyini iddia edib

Rəsmi Moskva yenə Kupyanska nəzarət etdiyini iddia edib
DÜNYA
19:25 17.12.2025
92
Rusiya Silahlı Qüvvələrinin "Qərb" qoşun qruplaşması Kupyansk şəhərini ələ keçirib.

Bunu Rusiya müdafiə naziri Andrey Belausov nazirliyin prezident Vladimir Putinin iştirakı ilə keçirilən kollegiya iclasında bildirib.

Onun sözlərinə görə, Kostyantinovka uğrunda döyüşlər hazırda davam edir.

Rusiyalı nazir Ukrayna Silahlı Qüvvələrinin təxminən 500.000 hərbçi itirdiyini söyləyib.

Belausov Ukraynadakı istilik elektrik stansiyalarının 70%-dən və su elektrik stansiyalarının 37%-dən çoxunun sıradan çıxarıldığını qeyd edib.

Rusiya MN başçısı Kiyevin enerji imkanlarının iki dəfədən çox azaldığını vurğulayıb.
 
\APA
OXŞAR XƏBƏRLƏR