18:36 Cümə Axşamı, 18 Oktyabr 2018
Maqazin

Ürəyində problem yaşanan Məleykə Əsədova səhhətindən danışdı - AÇIQLAMA

14:48, 17.05.20187173
Ürəyində problem yaşanan Məleykə Əsədova səhhətindən danışdı - AÇIQLAMA
"Bilirsiniz ki, mən həmişə ağır rollarda oynayıram. Çəkildiyim rollara bütün emosiyalarımı qatıram. Bu səbəbdən ürəyimdə müəyyən problemlər yaranıb”.
 
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Azərbaycan Respublikasının xalq artisti Məleykə Əsədova ürəyində ciddi problemlər yarandığına dair məlumatlara aydınlıq gətirərkən belə deyib.
 
O bildirib ki, yaxınlarda angioqrafiya müayinəsindən keçib: "Bilirsiniz ki, angioqrafiya ürək-damar xəstəliklərinin ən son və müasir müayinə üsuludur. Mən bu müayinədən keçdim. Şükür Allaha hər şey qaydasındadır. Düzdür, müəyyən problemlər var, amma ciddi bir şey yoxdur”.
 
Həmkarı Ramiz Məliklə məhkəmə çəkişməsindən danışmaq istəməyən xalq artisti bildirib ki, məsələyə artıq hüquqi qiymət verilib: "Bu barədə danışmaq belə istəmirəm. Hesab edirəm ki, bu məsələ artıq öz hüquqi qiymətini alıb”.
 
Xatırladaq ki, ATV-də yayımlanan Bizimləsən" verilişində aparıcı Zaur Baxşəliyev xalq artisti Məleykə Əsədovanın ürəyində ciddi problemlər olduğunu deyib. O bildirib ki, hətta bu səbəbdən həkimi dəfələrlə aktrisaya qadağa qoyub.
 
Günel,
AZXEBER.COM
XƏBƏR LENTİ