“Xalq ulduzu” yarışmasının iştirakçısı olmuşMirkamil Kamilovİranda xəstəxanaya yerləşdirilib.
AZXEBER.COM-un məlumatına görə, ürəyində ciddi problemi olan sənətçinin bu gün əməliyyat ediləcəyi deyilmişdi. Amma müəyyən səbəblərdən proses təxirə salınıb. Bu haqda gənc müğənni Aynişan Quliyeva sosial şəbəkədə yazıb:
"Mirkamil bu gün əməliyyat olunmadı, qaldı sabaha. İnşallah yaxşı olacaq. Dualarınızı əksik etməyin. Sizlərə Mirkamildən salamlar”. Qeyd edək ki, Aybəniz Haşımova və qızı Mirkamilin yanında olmaq üçün İrana yollanıblar.
