"Roma"nın futbolçuları 4 aylıq maaşlarından imtina etdi

"Roma"nın futbolçuları 4 aylıq maaşlarından imtina etdi
İDMAN
18:22 19.04.2020
1826
İtaliyanın "Roma" klubunun futbolçuları 4 aylıq maaşlarından imtina ediblər.

Qərar koronavirus pandemiyası səbəbindən maliyyə böhranını aradan qaldırmağa və klub işçilərini işdən çıxarmamağa kömək edəcək. 

Futbolçularla yanaşı baş məşqçi Paulo Fonseka və məşqçilər heyəti də bu addımı atıblar. 

Qeyd edək ki, İtaliya A Seriyası XXVI turdan sonra dayandırılıb. Hazırda turnir cədvəlinə 63 xalla "Yuventus” başçılıq edir. "Roma" 45 xalla 5-ci pillədə qərarlaşıb. 
 
///Report
OXŞAR XƏBƏRLƏR