Ronaldinyo 'Qalatasaray'a gəlir

İDMAN
14:55 02.06.2012
3454
Braziliyanın “Flamenqo” klubunda çıxış edən futbolçu Ronaldinyo Türkiyənin "Qalatasaray" kollektivinə transfer oluna bilər. AZXEBER.COM Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Ronaldinyonun “Flamenqo” klubunun ona borclu olduğu məbləği ala bilmədiyindən yeni klub axtarışına başlayıb. Futbolçu ilə “Qalatasay” klubu ilə yanaşı İspaniyanın “Malaqa” klubu da yaxından maraqlanır. “Qalatasaray” klubunun baş məşqçisi Fatih Terim isə 32 yaşlı Ronaldinyo haqqında “Yaşlı və bahalı” deyərək transferə qarşı çıxdığı da yayılan xəbərlər arasındadır. Ronaldinyonun isə hansı klub üzərində seçim edəcəyi yaxın günlərdə məlum olacaq.

OXŞAR XƏBƏRLƏR