23:03 Cümə Axşamı, 23 May 2019
İDMAN

Ronaldo açıqlama verdi: "Yuventus"dan gedir?

23:45, 21.04.20199822
Ronaldo açıqlama verdi:
Cari mövsüm A Seriyasında çempion olan "Yuventus"un futbolçusu Kristiano Ronaldo klubdakı gələcəyi ilə bağlı açıqlama verib.
 
34 yaşlı ulduz çempionluğu qeyd etdiklər "Fiorentina" ilə matçın ardından jurnalistlərin suallarını cavablayıb. 

Portuqaliyalı futbolçu "Həqiqətən çox xoşbəxtəm, İtaliyada ilk mövsümdə çempionluq yaşadım. "Yuventus" üçün böyük bir mövsüm oldu. Superkuboku da qazandıq. Amma Çempionlar Liqasındakı oyunlarımız yaxşı getmədi. Onu də gələn mövsüm qazanacağıq. "Yuventus"da 1000 faiz qalacağam" deyib.
XƏBƏR LENTİ