Ronaldo koronavirusa yoluxdu

Ronaldo koronavirusa yoluxdu
İDMAN
23:45 02.01.2022
391
Futbol üzrə ikiqat dünya çempionu, Braziliyanın "Kruzeyro" və İspaniyanın "Valyadolid" klublarının prezidenti Ronaldo koronavirusa yoluxub.

AZXEBER.COM bildirir ki, bu barədə məlumatı "Kruzeyro" klubunun mətbuat xidməti yayıb.

O, xəstəliyi səbəbindən klubun ad gününə həsr olunmuş tədbirlərdə iştirak etməyəcək. "Kruzeyro" yanvarın 2-də 101 yaşını tamam olub.

Hazırda Ronaldo özünü təcrid edib, səhhəti yaxşıdır. Onda xəstəliyin yüngül əlamətləri müşahidə olunur.
OXŞAR XƏBƏRLƏR