11:56 çərşənbə, 17 Oktyabr 2018
İDMAN

Ronaldo üçün təklif: 105 milyonluq futbolçu və 132 milyon avro

13:09, 08.06.20187401
Ronaldo üçün təklif: 105 milyonluq futbolçu və 132 milyon avro
"Mançester Yunayted" "Real"dan ayrılacağı deyilən Kriştiano Ronaldonun transferi üçün hərəkətə keçib.

İngiltərə klubu İspaniya təmsilçisinə təklif göndərməyə hazırlaşır. "Daily Star" qəzetinin məlumatına görə, "qırmızı şeytanlar" portuqaliyalı ulduz üçün "Real"a Paul Poqbanı və əlavə 132 milyon avro təklif edəcək. "Mançester Yunayted" Poqbanı "Yuventus"dan 105 milyon avroya almışdı. 

Qeyd edək ki, Ronaldo 2009-cu ildə "Mançester Yunayted"dən "Real"a 94 milyon avroya transfer olunmuşdu.
 
///Qaynarinfo 
XƏBƏR LENTİ