Ronaldunun sevgilisi suda soyundu – FOTOLAR

MAQAZİN
01:03 11.01.2013
7552

İspaniyanın “Real” (Madrid) klubunun portuqaliyalı ulduzu Kriştianu Ronaldunun tatar sevgilisi, supermodel İrina Şeyk “Agua Bendita” brendinin yeni çimərlik paltarları kolleksiyasının reklamına çəkilib.

27 yaşlı parlaq və gözəl model Kolumbiya brendinin reklamlarında ehtiraslı qadın obrazı yaradıb.

Çəkilişlər çimərlikdə, hovuzda, suyun üstündə və altında aparılıb.

Bu arada İrina 27-ci ad gününü qeyd edib. Sürixdə “Qızıl top” mükafatına Ronaldu ilə birlikdə qatılandan sonra Şeyk Madriddəki “Santyaqo Bernabeu” stadionuna yollanıb.Daha sonra isə Kriştianu Ronaldu və İrina Şeyk restoranda birgə şam yeməyi yeyiblər.

OXŞAR XƏBƏRLƏR