02:16 Bazar Ertəsi, 17 Dekabr 2018
İDMAN

Ronalduya on il həbs cəzası verilə bilər

19:57, 10.10.20184282
Ronalduya on il həbs cəzası verilə bilər

İtaliyanın "Yuventus” klubunun futbolçusu Kriştianu Ronaldu on il müddətinə həbs oluna bilər.

2009-cu ildə Ronaldunun Las-Veqasdakı gecə klublarından birində tanış olduğu amerikalı Ketrin Mayorqanı zorladığı təsdiqlənərsə, futbolçu həbs olunacaq.

İddia olunur ki, belə olarsa, o, bağladığı sponsorluq müqavilələrindən 35 milyon funt (təxminən 46 milyon dollar) itirəcək.

Artıq Las-Veqas polisi təhqiqat prosesini yeniləyib və portuqaliyalını ABŞ-da sorğu-sual etmək istəyir. Baxmayaraq, futbolçunun özü heç bir cinayət törətmədiyini bildirir. O, belə bir qızla tanış olduğunu, lakin onun cinsi əlaqəyə razılıq verdiyini vurğulayır.

Mayorqanın hüquqşünası Larisa Drohibiçerin yaydığı bəyanatda Ronaldunun suallara cavab verməsi üçün üç həftə vaxtı olduğu bildirilib:

"Kriştianu Ronaldunun Ketrin Mayorqa işində bizim şikayətimizə cavab verməsi üçün iddia müddətindən sayılmaqla, 20 günü var”.

Həmçinin başqa bir qadının da eyni halla Ronaldudan Mayorqanın hüquqşünaslarına şikayət etdiyi bildirilir.

Qeyd edək ki, iddia olunan hadisə baş verəndə Kriştianu Ronaldu İngiltərənin "Mançester Yunayted” klubunda çıxış edirmiş.

XƏBƏR LENTİ