"Roşka" ləqəbli tiktokerin həbs müddəti uzadıldı

"Roşka" ləqəbli tiktokerin həbs müddəti uzadıldı
KRİMİNAL
13:36 04.06.2025
474
Polis tərəfindən saxlanılan "Roşka" ləqəbli tiktoker Rövşən Süleymanov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, Nəsimi rayon Məhkəməsində hakim Günay Abdinovanın sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.

Qərara əsasən, tiktokerin həbs müddəti 2 ay müddətinə uzadılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham irəli sürülüb.
OXŞAR XƏBƏRLƏR