Xorvatiya kubokunun 2-ci turunda "Varajdin” səfərdə "Qay Maçe” ilə qarşılaşıb.
AZXEBER.COM xəbər verir ki, Azərbaycan millisinin üzvü Rüfət Abdullazadənin komandası oyunu 7:1 hesabı ilə qazanıb. Start heyətdə meydana çıxan yarımmüdafiəçi 12-ci dəqiqədə görüşün ilk qolunu vurub və 66-cı dəqiqədə əvəzlənib.
Bu qol yay fasiləsində "Səbail”dən "Varajdin”ə transfer olunan Rüfət Abdullazadənin Xorvatiya klubundakı ilk qolu olub.
Zəfər Hacılı