Rusiya estradasının ulduzu Alsu Bakıda çəkdirdiyi kliplərindən birini YouTube kanalında təqdim edib.AZXEBER.COM-un məlumatına görə, “Олы Юлнын Тузаны” (“Пыль большой дороги”- “Böyük yolun tozu”) adlı tatarca olan mahnıya çəkilən klipin rejissoru Mariya İbrahimovadır.Klipdəki görüntülər Bakı və Abşeronda lentə alınıb. Klipdə Azərbaycanın xalq artisti Elmira Şabanova, əməkdar artist Vidadi Əliyev, Bəhruz Vaqifoğlu, Günel Məmmədova, Ömər Akçurin, eləcə də uşaq rollarında İsa Həsənov, Diana Kadimova, Teona Lomtatidze, Murad Cəfərzadə, Hamlet Hüseynov çəkilib.