Rusdili dinləyicilərin sevimlisindən xəbər var - VİDEO
MAQAZİN
10:40 20.12.2013
917
Rusdilli dinləyicilərin sevimli sənətçisi Cahangir Qurbanov iki yeni kliplə pərəstişkarlarını sevindirib. ANS PRESS-in məlumatına görə, əsasən Eldar Həsənovun mahnıların ifaçısı kimi tanınan müğənninin son klipləri müəllifin "Сердце на двоих" (Serdst na dvoix-İki nəfərlik ürək), "Гори,гори" (Qori, qori - Yan-yan) mahnılarına çəkilib.Sujet xətti olan "Serdse na dvoix" klipində peşəkar aktyor komandası çəkilib. Klipi izləyənlər onu 4 dəqiqəlik mini film adlandıra bilərlər və bu kiçik ekran əsərində baş rolda oynayan Cahangir Qurbanov öz rolunun öhdəsindən ustalıqla gəlib. Əlbətdə ki, ifaçı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olduğundan obrazı yaşamaq ona çətinlik yaratmayıb.